İqtisadçı Natiq Cəfərli dövlət satınalmalarında, xüsusilə tikinti sahəsində baş verən proseslərlə bağlı narahatedici məqamlara diqqət çəkib.
Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, Vüqar Gülməmmədov tərəfindən açıqlanan məlumatlara əsasən, dövlət satınalmaları çərçivəsində bağlanan tikinti müqavilələrinin 40 faizdən çoxunda icra müddəti ərzində dəyişikliklər edilir.
Bu dəyişikliklərin bir hissəsi tender şərtlərinə uyğun olmur və satınalan tərəfin maraqları baxımından suallar yaradır.
Cəfərlinin sözlərinə görə, elektron qaydada keçirilən açıq tenderlərdə formalaşan qiymətlərin bəzi hallarda eyni predmet üzrə bir mənbədən bağlanan müqavilələrdən daha yüksək olması da ciddi narahatlıq doğuran məqamlardandır.
O həmçinin iddia edir ki, bir çox hallarda tender prosesini keçirən və tenderi qazanan tərəflərin eyni şəxslərlə əlaqəli olması barədə şübhələr mövcuddur.
İqtisadçı bu vəziyyətin dövlət vəsaitlərinin səmərəli istifadəsi baxımından suallar doğurduğunu vurğulayaraq, əsas problemin məsuliyyət mexanizmləri olduğunu qeyd edir.
Onun sözlərinə görə, indiyədək belə hallara görə neçə məmur və vəzifəli şəxsin cəzalandırıldığı barədə aydın və ictimai məlumat yoxdur.
Elmar












