Günəşdə sutka ərzində 8 güclü partlayış qeydə alınıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu (TGİ) məlumat yayıb.
Məlumata görə, günəşdəki kütləvi partlayış dalğası iyulun 4-ü Bakı vaxtı ilə saat 04:00-dan etibarən başlamağa başlayıb.
Mütəxəssislər bildirir ki, qeydə alınan partlayışların davametmə müddəti 15 ilə 36 dəqiqə arasında dəyişib. Alimlər baş verən püskürmələrin gücünü M1.1 və M4.1 dərəcələri arasında qiymətləndiriblər.












