Makron Suriyaya səfər etdi

Fransa Prezidenti Emmanuel Makron Dəməşqə rəsmi səfərə gəlib. O, 2024-cü ilin dekabrında hakimiyyət dəyişikliyindən bəri Suriyaya səfər edən ilk Qərb lideri olub.

Gununsesi.info xəbər verir ki, səfər zamanl Makron Prezident Əhməd əl-Şara ilə danışıqlar aparacaq.

Fransa lideri Dəməşqi regionda gərginliyin azaldılmasında daha fəal rol oynamağa çağırmaq niyyətindədir.

“Mən Fransanın Suriya xalqına plüralizmə və qonşuları ilə sülhə sadiq qalan suveren, vahid Suriya qurmaqda dəstək vermək öhdəliyini bir daha təsdiqləmək üçün gəlmişəm” – Fransa Prezidenti Suriyaya səfəri zamanı deyib.

Daha əvvəl Suriya prezidentinin mətbuat xidməti Fransa prezidentinin ikitərəfli münasibətləri gücləndirmək üçün Dəməşqə səfər edəcəyi barədə məlumat vermişdi. Makroni investorlar və Fransa şirkətlərinin nümayəndələrinin daxil olduğu nümayəndə heyətinin müşayiət edəcəyi bildirilmişdi. Həmçinin qeyd olunub ki, əl-Şara və Makron hər iki nümayəndə heyətinin iştirakı ilə dəyirmi masa keçirəcəklər.

Gununsesi.info