İran Küveyti vurdu - Yaralılar var

İranın Küveytə hücumu nəticəsində bir neçə nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Küveyt Yanğından Mühafizə Xidmətinin sözçüsü Məhəmməd əl-Qərib məlumat verib.

Məlumata görə, İranın hücumları nəticəsində Küveytin iki ərazisində yanğınlar baş verib, lakin onlar nəzarət altına alınıb.

Yanğın söndürülərkən obyektlərdən biri yenidən zərər görüb. Əl-Qərib bildirib ki, hadisə nəticəsində bir neçə yanğınsöndürən və neft sektorunun bir işçisi yaralanıb.

 

Gununsesi.info