Müğənni Aydan İbrahimli Space TV-nin yeni televiziya mövsümündə kanalın “Sevilən səhər” proqramının aparıcısı kimi fəaliyyətə başlaya bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
İddialara əsasən, Aydan İbrahimli bir müddət əvvəl Space TV ilə yollarını ayıran Könül Muxtarovanın yerinə yeni mövsümdən efirə çıxacaq.
Bununla belə, Aydan İbrahimlinin yeni mövsümdən “Sevilən səhər” proqramının aparıcısı olacağı barədə hələlik nə Space TV, nə də müğənninin özü tərəfindən rəsmi açıqlama verilib. Bu səbəbdən yayılan məlumat rəsmi təsdiqini tapmayıb.
Rəsmi açıqlama verildiyi təqdirdə, məlumat yenilənəcək.












