Pakistan millisinin və İsveçin “Myelbü AIF” klubunun müdafiəçisi Abdullah İqbal yenidən “Qarabağ”ın transfer gündəminə düşüb.
Gununsesi.info xəbər verir ki, Pakistan mediasında yayılan məlumata əsasən, 23 yaşlı futbolçu menecerlər vasitəsilə Ağdam klubuna təklif olunub.
Bildirilir ki, hazırda “Qarabağ” rəhbərliyi və seleksiya şöbəsi futbolçunun namizədliyini dəyərləndirir. Transferlə bağlı yekun qərarın klubun transfer strategiyası və texniki heyətin rəyindən sonra veriləcəyi gözlənilir.
Qeyd edək ki, Abdullah İqbalın adı ilk dəfə deyil ki, “Qarabağ”la yanaşı çəkilir. Müdafiəçi bu ilin yanvar ayında da Azərbaycan çempionunun maraq dairəsində olan futbolçular sırasında göstərilmiş, lakin həmin vaxt transfer baş tutmamışdı.








