Marketdən soyğunçuluq edən şəxs tutuldu

  • Müəllif: Firuzə
  • 20 İyul 2026 20:07

Qaradağ rayonunda soyğunçuluq hadisəsi qeydə alınıb.

Gununsesi.info  xəbər verir ki, naməlum şəxs gecə saatlarında rayon ərazisində yerləşən marketlərin birinə müştəri kimi daxil olaraq talama cinayəti törədib.

Həmin vaxt marketdə çalışan satıcının ona müdaxiləsinə baxmayaraq şübhəli şəxs hadisə yerindən yayına bilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 41 yaşlı R.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info