Amnistiya Təşkilatından çağırış: Netanyahu həbs olunaraq məhkəməyə gətirilsin

  • Müəllif: Firuzə
  • 24 İyul 2026 10:52

Beynəlxalq Amnistiya Təşkilatının (“Amnesty International”) nümayəndəsi Erika Gevara Rosas İsrailin Baş naziri Benyamin Netanyahunun həbs olunaraq Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) gətirilməsinə çağırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə  “Al jazeera” məlumat yayıb.

“ABŞ hökuməti insan hüquqlarını qorumalı və qanunun aliliyinə hörmət etməlidir”, – deyə nəşr Rosasdan sitat gətirib.

Bundan əvvəl, 2024-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi Netanyahunu Qəzza zolağında müharibə cinayətləri törətməkdə ittiham edərək onun həbsinə order vermişdi.

Gununsesi.info