Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov avqustun 28-də Şəmkir şəhərində vətəndaşları qəbul edəcək.
Gununsesi.info xəbər verir ki, qəbul Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının sakinlərini əhatə edəcək.
Vətəndaşların müraciətləri qanunvericiliyə uyğun qaydada araşdırılacaq.











