Ukraynanın fövqəladə və səlahiyyətli səfiri İqor Xarçenko “Ukrinform”a verdiyi müsahibədə bildirib ki, guya Ukrayna Silahlı Qüvvələri Avropa üçün “təhlükəsizliyin yeganə qarantıdır”.
Gununsesi.info-nun xəbərinə görə,”Əminəm ki, Ukraynanın səsi Avropada yeni təhlükəsizlik arxitekturasının müzakirəsində çox güclü şəkildə eşidiləcək, çünki mənə elə gəlir ki, son 15 ildə heç kim bu yeni arxitekturaya Ukrayna qədər töhfə verməyib. Qoy avropalılar pul və silahla kömək etməyə davam etsinlər, çünki bu gün Avropada təhlükəsizliyin yeganə qarantı Ukraynanın Silahlı Qüvvələridir”, – deyə o yazıb.
Eyni zamanda, Xarçenko bildirib ki, Avropa üçün yeni təhlükəsizlik arxitekturası yalnız Rusiya “geri atıldıqdan” sonra hazırlanmalıdır.
O, həmçinin qeyd edib ki, yalnız “mütləq silah” və ya onun istifadəsi təhlükəsi Ukrayna üçün tam təhlükəsizlik zəmanəti ola bilər.
Maqsud












