İlqar Məmmədov xaricdə yaşayan müxalifləri tənqid etdi: “Gəlin ölkəyə, özünüzü göstərin”

  • Müəllif: Orxan
  • 04 Avqust 2026 11:17

Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov xaricdə yaşayan bəzi müxalif fəalları sərt tənqid edib.

Gununsesi.info-nun xəbərinə görə, İlqar Məmmədov bildirib ki, ölkədən gedərək xaricdə müxalif fəaliyyət göstərən şəxslərin ona Azərbaycanda respublikaçı siyasi fəaliyyətin necə aparılması ilə bağlı məsləhət verməsini qəbul etmir.

O qeyd edib ki, həbsdə olduğu dövrdə üç il ardıcıl olaraq Avropa ölkələrindən birindən ona həbsdən birbaşa xaricə aparılması ilə bağlı təklif gəlib.

Məmmədovun sözlərinə görə, o, hər dəfə bu təklifdən imtina edərək Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icrasını tələb edib.

REAL sədri əlavə edib ki, bu prosesin nəticəsində Avropanın hüquq tarixində yer alan bir qələbə qazandığını və həmin hadisə barədə kitabında da yazdığını bildirib.

Fikirlərinin sonunda İlqar Məmmədov xaricdə yaşayan müxaliflərə müraciət edərək, uzaqdan məsləhət vermək əvəzinə Azərbaycana qayıdıb fəaliyyət göstərməyə çağırıb.

Elmar

Gununsesi.info