“Qarabağ” transfer çalışmalarını davam etdirir.
Gununsesi.info xəbər verir ki, Ağdam təmsilçisinin müdafiə xəttini gücləndirmək üçün Dion Kools variantını nəzərdən keçirdiyi bildirilir.
30 yaşlı malayziyalı futbolçu müdafiənin sağ cinahında və mərkəzində oynaya bilir. Kools karyerası ərzində Belçikanın “Brügge”, Danimarkanın “Midtjylland”, Çexiyanın “Jablonec” və Tailandın “Buriram United” kimi klublarında çıxış edib. Hazırda isə Yaponiyanın “Cerezo Osaka” klubunun formasını geyinir.
Futbolçunun “Qarabağ”a mümkün keçidi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Transferin reallaşıb-reallaşmayacağı ilə bağlı yaxın günlərdə yeni məlumatların ortaya çıxacağı gözlənilir.
Qeyd edək ki, Kools Malayziya millisinin də əsas üzvlərindən biridir.









