Ayxan İsrafilov azadlığa çıxıb

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyası İdarə Heyətinin üzvü Ayxan İsrafilov üçillik həbs cəzasını başa vuraraq azadlığa çıxıb.

 

Gununsesi.info  xəbər verir ki,  A.İsrafilov 2023-cü ilin avqustunda saxlanmışdı.

O, Cinayət Məcəlləsinin (CM) 234.1-1-ci (narkotik vasitələri saxlama və yayma) maddəsi ilə 2024-cü il aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, ittihamı rədd edirdi.

 

 

Gununsesi.info