“Azərbaycan və Ermənistan arasında Yekun sülh müqaviləsi yaxın perspektivdə mümkündür”.
Gununsesi.info bildirir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:

“Azərbaycanla Ermənistan arasında Yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konustitusiyasından ərazi iddiaları çıxarılmalıdır. Təbii ki, yeni Konustitusiya Müstəqillik Bəyannaməsinə istinad olunmayacaq.
Ermənistan hakimiyyəti 200 min imza yığıb parlamentdən yan keçərək referendum keçirməlidir, yaxud bir neçə müxalifət partiyanın deputatlarının səsini almalıdır.
Paşinyan çalışacaq ki, bir neçə deputatın səsini alsın. Bunun üçün hökumətin əlində müəyyən təzyiq etmə rıçaqları var.
Hazırda Ermənistan Konustitusiyası yenidən yazılıb və hazırdır. Bakı və Yerevan Yekun sülh müqaviləsinin nə vaxt imzalanacağı tarixini müəyyənləşdirib. N. Paşinyan konustitusiya referendumunun keçirilməsində də problem görmür. Ona görə də Azərbaycan və Ermənistan arasında normal münasibətlər sistemi qurulur. Yekun Sülh müqaviləsi Qəbələ imzalanması mümkündür”.
Günay










