Rusiya səfirliyi İsveçrənin neytral statusunun ləğv ediləcəyini açıqladı

  • Müəllif: Orxan
  • 24 Avqust 2026 12:40

Rusiyanın Berndəki səfirliyindən  RİA Novosti- yə verilən məlumata görə, İsveçrə Rusiyanın aktivlərini dondurmaqla beynəlxalq hüququ pozur və neytral statusunu itirir.

Gununsesi.info-nun xəbərinə görə, səfirlik respublikada dondurulmuş Rusiya aktivlərinin həcminin artması ilə bağlı şərh verərək bildirib ki, “Bern qanunsuz  məhdudiyyətlərini tətbiq etməklə beynəlxalq hüququ birbaşa pozur . Onun yanaşması İsveçrənin neytral statusunu sarsıdır”.

Avqustun 15-də İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) sözçüsü Fabian Maienfisch, İsveçrədə dondurulmuş Rusiyanın özəl aktivlərinin ümumi məbləğinin 8,5 milyard İsveçrə frankına (təxminən 10,4 milyard dollar) çatdığını açıqladı.

Maqsud

Gununsesi.info