Rusiya Səhiyyə Nazirinin köməkçisi Aleksey Kuznetsov RİA Novosti agentliyinə bildirib ki, Krasnodarda uşaq mərkəzinə dron hücumu nəticəsində səkkiz nəfər xəstəxanaya yerləşdirilib.
Gununsesi.info-nun xəbərinə görə, Kuznetsov paylaşımında bildirib ki, “Ukrayna nasistlərinin özəl uşaq mərkəzinə dron hücumu nəticəsində xəsarət alan səkkiz nəfər, o cümlədən altı uşaq Krasnodar xəstəxanalarında müalicə olunur”.
O, uşaqların vəziyyətinin orta, böyüklərin isə ağır olduğunu əlavə edib.
Maqsud









