Ağdam rayonunun Gülablı kəndi ərazisində açıq sahələrdə güclü yanğın başlayıb.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, yanğın küləyin təsiri ilə qısa müddətdə geniş əraziyə yayılıb.
Hazırda alov Gülablı kəndi ərazisində yerləşən dağ massivindəki meşə zolaqlarına doğru irəliləyir.
Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Ağdam rayon bölmələrinin əməkdaşları yanğının qarşısının alınması və söndürülməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirirlər.











