Məhkəmə sədri yoxa çıxıb - YENİLƏNDİ

  • Müəllif: admin
  • 10 Sentyabr 2026 11:14

Qazax Rayon Məhkəməsini sədri Nemət Musayev yoxa çıxıb.

Gununsesi.infonun əldə etdiyi məlumata görə, məhkəmə sədrinin adı bir neçə gün əvvəl  Vahid Məhkəmə Portalından silinib.

Son üç günə qədər  portalda Nemət Musayevin icraatında olan işlərin siyahısı göstərilsə də, ancaq hazırda bu bilgilər görünmür.

Maraqlıdır ki, Nemət Musayevin sədrlikdən kənarlaşdırılması ilə bağlı hər hansı rəsmi qərar açıqlanmayıb.

Xatırladaq ki, Nemət Musayev Prezidentin 6 may 2025-cı il tarixli sərəncamı ilə Qazax Rayon Məhkəməsinin sədri vəzifəsinə təyin olunmuşdu.

Məsələ ilə bağlı Məhkəmə -Hüquq Şurasından Gununsesi.info-nun sorğusuna cavab olaraq, verilən məlumata görə, Nemət Musayev ötən ay təqaüdə göndərilib. 

Gununsesi.info