Zelenski Brüsselə getdi

  • Müəllif: Firuzə
  • 15 Oktyabr 2026 23:20

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasının iclasında iştirak etmək və tərəfdaşları ilə danışıqlar aparmaq üçün Brüsselə gedib.

Gununsesi.info xəbər verir ki, o bu barədə özünün teleqram kanalında məlumat verib.

Zelenskinin NATO Baş katibi Mark Rutte və Fransa Prezidenti Emmanuel Makronla görüşləri nəzərdə tutulmuşdu. Ukrayna Prezidenti, həmçinin Polşa, Danimarka və Belçikanın baş nazirləri – Donald Tusk, Mette Frederiksen və Bart De Vever ilə müzakirələr aparacaq.

Gununsesi.info