Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var

  • Müəllif: Firuzə
  • 16 Oktyabr 2026 10:43
Bakının Sabunçu qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info Teleqraf.az-a istinadla xəbər verir ki, təcili yardım maşını kişi cinsli piyadanı vuraraq öldürüb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Gununsesi.info