Məhərrəm Müzəffərov Qəbələ Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.
Gununesi.info Unikal.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Qeyd edək ki, M.Müzəffərov daha əvvəl Müdafiə Nazirliyinin Baş Klinik Hospitalda Ürək-damar cərrahiyyəsi şöbəsinin rəisi vəzifəsində işləyib.











