Yol polisləri sürücünü belə zərərsizləşdirdi -MÜBAHİSƏ (VİDEO)

  • Müəllif: admin
  • 17 May 2018 22:03

Sosial şəbəkələrdə paytaxt küçələrinin birində yol polisi əməkdaşları ilə sürücü arasında mübahisənin görüntüləri yayılıb. Gununsesi.info xəbər verir ki, vətəndaşlar tərəfindən çəkilən video görüntülərdə  sürücünün  onların tələblərinə əməl etməməsi və Yol Patrul Xidməti əməkdaşlarının sürücüyə zor tətbiq etməsi görünür.

Gunun sonunda isə BDYPİ-dən  olayla bağlı açıqlama yayılıb. Açıqlamada qeyd olunur ki, 1979-cu il təvəllüdlü Bakı şəhər, Yasamal rayon sakini Elşən Maqsudov bu gün səhər idarə etdiyi 90 LB 208 dövlət nömrə nişanlı,  “Hyundai Elantra” markalı avtomobillə əks istiqamətdə hərəkət etdiyi üçün  YPX əməkdaşları tərəfindən saxlanılıb.

 O, YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb. PPX əməkdaşlarının köməyi ilə Yasamal rayon 27-ci polis bölməsinə dəvət olunan sürücü barəsində araşdırma başlayıb.

Haqqında toplanmış materiallar məhkəməyə təqdim olunub. Yasamal rayon məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsinə əsasən (Polisə tabe olmamaq) 15 sutka həbs edilib.

 

https://www.youtube.com/watch?v=N41Xy1Z8aS8