ABŞ-dan SON DƏQİQƏ Əfqanıstan qərarı: sentyabrın 1-dən…

  • Müəllif: admin
  • 29 Avqust 2021 22:04

ABŞ Əfqanıstandakı səfirliyini bağlayır.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan məlumat verib.

O, ABŞ-ın Əfqanıstandakı səfirliyinin sentyabrın 1-dən bağlanacağını bildirib.

“Kabilə hücumlar təşkil edən “İŞİD Xorasan” digər əməliyyatlar da həyata keçirə bilər”, – Sallivan vurğulayıb.

Ceyk Sallivan “Taliban”ın ABŞ-a və tərəfdaşlarına 31 avqustdan sonra təhlükəsiz bir şəkildə çıxış vəd etdiyini açıqlayıb.

Gununsesi.info