Ərdoğan öz maaşını BU QƏDƏR ARTIRIR

  • Müəllif: admin
  • 19 Oktyabr 2021 15:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın maaşını artırılacaq.

Gununsesi.info xəbər verir ki, bununla bağlı təklif Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.

Bildirilib ki, Türkiyə Prezidenti maaşını təxminən 14%, və yaxud 12 min lirə (təxminən 1 300 ABŞ dolları) artırmağa qərar verib.

Parlament təklifi təsdiq etsə, Türkiyənin dövlət başçısı bundan sonra ayda 100 min lirə (təxminən 10 750 dollar) maaş alacaq.

Gununsesi.info