Saxta pul verən qadınlar saxlanıldı

  • Müəllif: Sənan
  • 14 May 2024 12:00

Xəzər rayonunun Türkan qəsəbəsi ərazisindəki marketlərin birində alış-veriş müqabilində satıcıya 3 ədəd 20 manatlıq saxta əsginas verilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, rayon polis idarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin əməli törətməkdə şübhəli bilinən 2 qadın müəyyənləşdirilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info