Radikal Fələstin HƏMAS lideri Yəhya Sinvar atəşkəsi qəbul etmək və İsraillə sülh bağlamaq üçün hərbi komandirlərinin artan təzyiqi altındadır.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Börns qapalı konfransda bildirib.
Bildirilir ki, Sinvar “ölümündən narahat deyil”, lakin Qəzza zolağındakı dəhşətli iztirablarda günahlandırıldığı üçün təzyiqlərlə üzləşib.
ABŞ kəşfiyyat rəsmiləri HƏMAS liderinin Qəzzada məmləkəti Xan Yunisin altındakı tunellərdə gizləndiyini və HƏMAS üçün razılaşma ilə bağlı əsas qərar qəbul edən şəxs olduğuna inanırlar.
Məlumata görə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru deyib ki, həm İsrail hökuməti, həm də HƏMAS müharibənin başlamasından doqquz aydan çox vaxt keçdikdən sonra bu məqamdan yararlanmalı və atəşkəsə nail olmalıdır.
Bildirilir ki, son iki həftə ərzində Sinvarın üzləşdiyi daxili təzyiq, o cümlədən döyüşdən yorulan öz yüksək səviyyəli komandirlərinin zəngləri də artıb.
Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, HƏMAS-ın hərbi qanadının lideri Məhəmməd əl-Deyfin taleyi ilə bağlı “maraqlı məlumatlar” var.
İsrail hökumətinin başçısı təfərrüatları açıqlamayıb, lakin bu məlumatın HƏMAS ilə razılaşmanın bağlanmasına töhfə verə biləcəyini vurğulayıb.
Şəbnəm
Gununsesi.info










