Milton qasırğası Floridanı nə vaxt vuracaq?

  • Müəllif: Orxan
  • 09 Oktyabr 2024 10:23

ABŞ rəsmiləri Florida sahillərinə doğru irəliləyən Milton qasırğasının potensial həyati təhlükəsi barədə xəbərdarlıq edir.

Guunsesi.info BBC-yə istinadən xəbər verir ki, Milton son illərdə Şimali Atlantikada meydana gələn ən güclü fırtınalardan biridir. Hazırda qasırğanın gücünün növbəti 36 saat ərzində dəyişkən olacağı proqnozlaşdırılır və güman edilir ki, sahilə çatdıqdan sonra küləklərin intensivliyi zəifləyə bilər. Faktiki gücü isə saatda 265 kilometrdir.

Milli Qasırğa Mərkəzinin (NHC) açıqlamalara görə, fırtınanın çərşənbə günü Florida sahillərinə çatacağı gözlənilir.

Qeyd edək ki, yüz minlərlə Florida sakini rəsmilərinə çağırışlarına cavab olaraq ərazini tərk ediblər. Milli Qasırğa Mərkəzi qasırğanı olduqca təhlükəli hesab edərək su səviyyəsinin özəl evlərin damlarına çatacağı barədə xəbərdarlıq edib.

Orxan Saffari

Gununsesi.info