Övladı birinci sinfə gedəcək valideynlərin nəzərinə!

  • Müəllif: Orxan
  • 05 May 2025 10:19

Birinci siniflərə elektron qəbul prosesində məktəb və müəllim seçiminin vaxtı açıqlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, 2025–2026-cı tədris ili üzrə birinci sinfə şagirdlərin elektron qeydiyyatı prosesi çərçivəsində https://məktəbəqəbul.edu.az portalında texniki sabitliyin və fasiləsizliyin təmin olunması məqsədilə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi prosesinin vaxtı dəyişdirilmişdi.

Belə ki, Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mayın 6-sı saat 15:00-da aktivləşəcək.

Məlumatda qeyd edilib ki, rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə isə mayın 6-da saat 11:00-da start veriləcək.

Agentlik valideynlərdən və qanuni nümayəndələrdən portalda aparılan yenilikləri diqqətlə izləmələri və göstərilən tarixlərə uyğun şəkildə qeydiyyat prosesində iştirak etmələrini xahiş edir.

Gununsesi.info