Biləsuvarda yol qəzasında ölən piyadanın şəxsiyyəti müəyyənləşib.
Gununsesi.info xəbər verir ki, qəza nəticəsində həyatını itirən 2004-cü il təvəllüdlü Abbaslı Aysun Niyaməddin qızıdır.
***
Biləsuvar rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Ağalıkənd kəndində qeydə alınıb.
Hadisə zamanı “Mercedes” markalı minik avtomobili piyada – 2004-cü il təvəllüdlü Aysun Abbaslını vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.











