22 yaşlı gənc Pirşağıda dənizdə boğulub öldü – Foto

  • Müəllif: Firuzə
  • 05 Avqust 2025 15:06

Bakıda daha bir nəfər dənizdə batıb.

Gununsesi.info xəbər verir ki, hadisə avqustun 3-ü Pirşağı çimərliyində qeydə alınıb.

İsmayıllı rayon Zərnava kənd sakini 22 yaşlı Gülalıyev Azər Rasim oğlu dənizdə çimərkən boğularaq ölüb.

Faktla bağlı araşdırılma aparılır.