Hakan Fidan Suriyaya getdi

  • Müəllif: Firuzə
  • 07 Avqust 2025 14:00

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya səfər edib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “NTV” yayıb.

Türkiyənin XİN rəhbərinin Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraa ilə görüşü planlaşdırılır.

H.Fidanın Dəməşqdə keçirəcəyi görüşlərdə iki ölkə arasındakı münasibətlər, Suriyanın bərpası və terrorla mübarizə məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Gununsesi.info