Netanyahu HƏMAS rəhbərliyinin məhv edilməsində qətiyyətli olduqlarını bildirib

  • Müəllif: Şəbnəm
  • 13 Sentyabr 2025 21:46

Qətərdə yaşayan HƏMAS rəhbərləri Qəzza xalqının vəziyyətinə əhəmiyyət vermirlər.

“Report” xəbər verir ki, bunu İsrail Baş naziri Binyamin Netanyahu “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.

O qeyd edib ki, HƏMAS rəhbərliyi “müharibəni sonsuzadək uzatmaq üçün bütün atəşkəs cəhdlərini bloklayıb”.

“Onlardan (HƏMAS rəhbərliyindən – red.) qurtulmaq isə bütün girovlarımızın azad olunmasının və müharibənin sona çatmasının qarşısındakı əsas maneəni aradan qaldırmaq deməkdir”, -Netanyahu vurğulayıb.