AB rüşvətlə mübarizə üçün “Etika qurumu” yaratdı

  • By admin
  • 08 İyun 2023 21:47

Avropa Parlamenti ilə bağlı rüşvət araşdırmalarından sonra Avropa Birliyi (AB) qurumlarında çalışan yetkililərin qarışdığı rüşvət işlərini önləmək üçün “Etika qurumu” yaratmağı qərara alıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə AB-nin komissiya başçısının köməkisi Vera Jourova gerçəkləşdirdiyi mətbuat otplantısında AB rəsmiləri üçün hədiyyələr, əlavə ödənişlər, toplantılar və  yolçuluq xərcləri mövzusunda ortaq standartlar bəlli edəcək qurumun yaradılacağını açıqlayıb.

Jourova vətəndaşların AB qurumlarına etibarının qurumların etimadı və gələcəyi üçün önəminə işarə edərək, yeni qurumun siyasətçilərin davranışların “açıq işıq tutacağını” vurğulayıb.

AB rəsmisi yeni yaradılacaq qurumun qaydalarının qəbul edib gerçəkləşdirilməsinin gərəkli olduğunu və bunun üçün 9 AB qurumu ilə görüşlərin başlayacağını bildirib.

Həmin qurumlar Avropa Parlamenti, AB Komissiyası, AB Ədalət Məhkəməsi, Avropa Hesablama Məhkəməsi, Avropa Mərkəzi Bankı, İqtisadi və Sosial Komitə, Bölgələr Komitəsi və Avropa Yatırım Bankıdır.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info