ABŞ-da ticarət mərkəzində atışma: ƏN AZI 9 YARALI VAR

  • By admin
  • 04 İyun 2022 21:55

ABŞ-ın Finiks şəhərində (Arizona ştatı) ticarət mərkəzində atışma nəticəsində azı doqquz nəfər xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, CBS telekanalının yerli şöbəsinin şənbə günü polis nümayəndəsinə istinadla yaydığı məlumata görə, insident zamanı ticarət mərkəzində 100-ə yaxın insan olub. Xəsarət alanlardan üçünün vəziyyəti ağırdır. Yaralananların 17-24 yaş arasında olduğu bildirilir.

Telekanalın məlumatına əsasən, hadisə yerinin yaxınlığındakı küçələr bağlanıb, təhqiqat aparılır.

ABŞ Prezidenti Co Bayden son zamanlar odlu silahdan istifadə edilməklə törədilən kütləvi cinayətlər fonunda ölkə ərazisində hücum silahlarının və onlar üçün yüksək tutumlu patron daraqların satışını qadağan etməyə, ümumilikdə silahlar üzərində nəzarəti gücləndirməyə çağırıb.

Gununsesi.info