Rusiyada polis bölməsi yandırıldı

  • By admin
  • 04 İyun 2022 22:25

Rusiyanın Komsomolsk-na-Amure şəhərində polis bölməsi yandırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, şübhəli şəxs özü ilə gətirdiyi benzinlə polis bölməsinə daxil olmağa çalışıb. Qapı bağlı olduğundan içəri girə bilməyən şübhəli polis idarəsinin qapısına benzin töküb.

Polis idarəsini yandıran şübhəli daha sonra yoxa çıxıb. Polisi tərəfindən qısa müddətə 50 yaşlı şübhəli saxlanılıb. Şübhəlinin hücumu hansı səbəbdən həyata keçirdiyi məlum deyil.

Gununsesi.info