ABŞ-də hərbi bazaya hücum oldu - 5 hərbçi güllələndi - YENİLƏNİB

  • By Günel
  • 06 Avqust 2025 21:00

ABŞ-də orduya məxsus “Fort Styuart” hərbi bazasına atəş açan şübhəli hərbçidir.

Gununsesi.info “CNN”ə istinadən xəbər verir ki, şübhəli şəxs saxlanılıb.

Şübhəlinin 28 yaşı var. Hadisənin səbəbi açıqlanmır.

***

ABŞ-nin Corciya ştatında orduya məxsus “Fort Styuart” bazasında 5 hərbçi güllələnib.

Gununsesi.info xəbər verir ki, yaralılar dərhal xəstəxanaya yerləşdirilib.

Atəş açan şəxs həbs edilib. ABŞ Prezidentinin mətbuat katibi Kerolayn Livit Donald Trampın hadisə ilə bağlı məlumatlandırıldığını və Ağ evin hadisəni izlədiyini deyib.

İnsidentin detalları açıqlanmayıb.

***

ABŞ-nin Corciya ştatındakı “Fort Stewart” hərbi bazasına silahlı hücum olub.

Gununsesi.info xəbər verir ki, bu barədə hərbi bazanın Facebook hesabında açıqlama yayılıb.

Bildirildiyinə görə, ərazidə nəqliyyatın hərəkəti məhdudlaşıdırılıb, tələfat var.

Açıqlamada ölənlərin olduğu və hadisənin davam etdiyi qeyd edilib.

Hadisə yerinə yaxın olan şəxsi heyətə bütün qapı və pəncərələri bağlı saxlamaları tapşırılıb.

Gununsesi.info