
Kentukki ştatının Luisvill şəhərindəki Böyük Dördlük Körpüsü yaxınlığında baş vermiş atışma nəticəsində beş yeniyetmə yaralanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Luisvill Metro Polis Departamentinin mayoru Brayan Kuriqer bildirib. O deyib ki, hüquq-mühafizə orqanına hadisə barəsində axşam saat 22:05-də zəng gəlib. Hadisə yerinə gəlmiş polis əməkdaşları orada güllə yarası almış üç yeniyetmənin olduğunu görüblər. Xəstəxanaya aparılan yeniyetmələrdən birinin vəziyyəti çox ağırdır.
Daha iki yeniyetmə isə xəstəxanaya öz avtomobilləri ilə gəlib. Onların aldığı xəsarət həyat üçün təhlükəli deyil.
Polis bildirib ki, atəş açanın kim olduğu hələ ki müəyyən edilməyib. Araşdırma aparılır.
Gununsesi.info