ABŞ məğlub olsa NATO dağılacaq

ABŞ-ın Ukrayna münaqişəsində məğlub olması NATO-nun dağılmasına və Avropanın “Amerika nəzarətindən” azad olunmasına gətirib çıxaracaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Fransız tarixçisi Emmanuel Todd “Corriere della Sera” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu münaqişənin nəticəsi Avropanın taleyini həll edəcək :“Əgər Birləşmiş Ştatlar məğlub olarsa, NATO dağılacaq və Avropa azad olacaq”.

Todd əlavə edib ki, ABŞ Ukraynadakı münaqişədən və “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinin bombalanmasından Almaniyanı Rusiyadan uzaqlaşmağa məcbur etmək üçün istifadə edib: “İkinci mərhələdə ABŞ-ın məğlubiyyəti, Amerikanın Avropa üzərində nəzarəti toz halına gətiriləcək. Almaniya və Rusiya yenidən yaxınlaşacaq”.

Bundan əvvəl Ali Radanın deputatı Yevgeni Şevçenko bildirib ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ABŞ seçkilərində qalib gəlsə, İsrailin xeyrinə Ukraynaya yardımdan imtina edəcək.

 

 

Gununsesi.info