ABŞ ordusu Kabildə bir ailəni məhv edib

  • By admin
  • 30 Avqust 2021 09:25

ABŞ Silahlı Qüvvələrinin avqustun 29-da Kabilə raket hücumu nəticəsində 9 nəfər həlak olub.

Gununsesi.info “TASS”a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Bildirilib ki, ölənlərin hamısı eyni ailənin üzvləridir.

Ölənlər arasında ən kiçiyinin iki yaşı olmaqla altı uşaq var.