Afina Ukraynadan dərs götürməlidir, yoxsa… – AĞAR

  • By admin
  • 12 İyun 2022 17:04

Yunanıstan Qərbin köməyi ilə Egeydə qüvvələr balansını öz xeyrinə dəyişməyə çalışır, lakin Ukrayna təcrübəsinə baxmalıdır.

Gununsesi.info xəbər verir ki, bunu türkiyəli ekspert Abdullah Ağar “RİA Novosti”yə açıqlamasında deyib.

“Qərbdən “Belharra” freqatları, “Tip-214” sualtı qayıqları, “Rafale” və “F-35” döyüş təyyarələri alan Yunanıstan Egeydəki qüvvələr balansını öz xeyrinə dəyişmək istəyir, lakin Ukrayna təcrübəsindən dərs almalıdır. Ukrayna da kollektiv Qərbin göstərişlərinə uyğun olaraq eyni şeyi etməyə davam edir. Hazırkı vəziyyətdə Yunanıstan oxşar çağırışlarla üzləşməmək üçün Türkiyənin müasir silah arsenalına malik olduğunu dərk etməlidir”, – Ağar bildirib.

Gununsesi.info