Ağcabədidə doğuş zamanı ana ölümü baş verib

  • Müəllif: Firuzə
  • 11 Sentyabr 2025 10:48

Ağcabədidə doğuş zamanı ana ölümü qeydə alınıb.

Gununsesi.info-nun yerli bürosu xəbər verir ki, ana ölümü rayon mərkəzi rayon xəstəxanasında baş verib.

Avşar kənd sakini, 2005-ci il təvəllüdlü Şərqiyyə Qasımova doğuş zamanı ölüb. Onun dünyaya gətirdiyi körpə sağ qalıb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info