Ağdərədəki yanğın Ağdam ərazisinə keçdi - VİDEO - YENİLƏNDİ

  • Müəllif: Günel
  • 21 Avqust 2025 22:02

Ağdərədə baş verən yanğın genişlənərək Ağdam ərazisinə keçib.

Gununsesi.info xəbər verir ki, bu gün səhər saatlarından Ağdərə şəhər ərazisində dağlıq ərazidəki meşə massivində baş verən yanğının alovu genişlənərək Ağdam rayon Papravənd kəndi ərazisinə çatıb. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar hadisə yerinə FHN-nin Ağdam yanğınsöndürən bölməsinin 2 avtomobili ilə əməkdaşları və Ağcabədi rayon yanğınsöndürən bölməsinin 1 avtomobili və şəxsi heyyətinin cəlb olunub.

Hazırda yanğın genişlənməkdə davam edir.

***

15:36

Ağdərə şəhər dağlıq ərazilərindəki meşə massivində baş verən yanğına helikopterlər cəlb olunub.

Gununsesi.info xəbər verir ki, baş verən yanğının alovu genişlənərək ətraf ərazilərə yayılıb.

Bu səbəbdən əraziyə FHN-in Ağdərə və Tərtər rayon yanğınsöndürmə briqadalarının əməkdaşları cəlb olunub, havadan isə Aviasiya dəstəsinin helikopterləri yanğının söndürülməsinə çalışır.

Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları davam edir.