
Avropa Birliyinin (Aİ) xarici siyasətdən məsul olan yüksək səviyyəli rəsmisi Josep Borrell, İranın Rusiyaya ballistik raketlər göndərməsi xəbərinə görə İranın aviasiya sektoruna sanksiya tətbiq etməyi nəzərdən keçirdiklərini bildirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl xəbərdarlıq etmişdi ki, Moskva ilə Tehran arasında əməkdaşlıq Avropanın təhlükəsizliyini təhdid edir.
Blinken sentyabrın 10-da verdiyi bəyanatda Rusiyanın İrandan ballistik raketlər aldığını və yəqin ki, bir neçə həftə ərzində Ukraynada istifadə edəcəyini bəyan edib və Moskva ilə Tehranın əməkdaşlığının Avropanın təhlükəsizliyini təhdid etdiyi barədə xəbərdarlıq edib.
İran bu ittihamları rədd edib.
Avropa Birliyi İrana dəfələrlə sərt şəkildə Rusiyaya ballistik raketlər göndərməməsi ilə bağlı xəbərdarlıq etdiyini deyən Borrell Aİ-nin “cəld və beynəlxalq tərəfdaşlarla koordinasiyalı şəkildə cavab verəcəyini” bildirib.