Avropa Parlamenti və Ukrayna Ali Radası anlaşma memorandumu imzalayıb.
Gununsesi.info xəbər verir ki, memorandum Ukrayna Ali Radasının sədri Ruslan Stefançukun Brüsselə səfəri çərçivəsində imzalanıb.
O, səfərini belə şərh edib: “Əsas məqsəd Ukraynanın Avropaya inteqrasiyası və üzvlük danışıqlarının başlanması ilə bağlı mühüm qərarların irəli sürülməsi üçün səyləri səfərbər etməkdir”.
O qeyd edib ki, anlaşma memorandumu vacib sənəddir.
Avropa Parlamenti həmçinin memorandumun imzalanmasını çoxölçülü tərəfdaşlığın möhkəmləndirilməsində mühüm addım və Ukrayna siyasi institutlarının Aİ-yə inteqrasiyasına hazırlanmasında mühüm element”adlandırıb.
Gununsesi.info