Ali Məhkəmədən daha bir şok qərar: NİDA-çılara bəraət verildi - HÖKUMƏT MÜXALİFƏTÇİ GƏNCLƏRƏ HƏBSDƏ YATDIĞI İLLƏRƏ GÖRƏ TƏZMİNAT ÖDƏYƏCƏK

  • By admin
  • 19 Noyabr 2021 16:29

Bu gün AR Ali Məhkəməsinin Plenumu “NİDA”-çıların işi üzrə məhkum olunmuş şəxslərdən 4 nəfərə bəraət verilməsi və onlara ümumilikdə 188 000 manat məbləqində kompensasiya ödənilməsi barəsində qərar qəbul edilib”.

Gununsesi.info bildirir ki, bunu tanınmış vəkil Əsabəli Mustafayev bildirib.

Onun sözlərinə görə, proses yazılı qaydada (yəni tərəflərin iştirakı olmadan) keçirildiyi üçün qərarın bəzi məqamları ( o cümlədən, iş üzrə məhkum olunmuş digər 4 nəfər) barədə hələki məlumat yoxdur:

”Bəraət alanlar arasında olan iki nəfərin hüquqlarını həm milli məhkəmələrdə, həm də Avropa Məhkəməsində müdafiə etmişəm. Beləliklə də, müdafiə etdiyi şəxsə bəraət almaq xoşbəxtliyi mənə də qismət oldu. Yoxsa Avropa Məhkəməsində 209 iş udasan, amma ölkə daxilində müsbət nəticələnmiş hətta bir işin olmaması sıxıntı yaradırdı.Həmkarlarımın müvəkkilləri barədə bəraət hökmünə nail olmaları haqqında son dövrlərdə mətbuatda yaydıqları məlumatlar məndə həm sevinc, həm də həsəd hissi yaradırdı. Amma təəssüf ki, bu günki qərarı qazanmaq üçün Avropa Məhkəməsinə baş vurmalı olduq. Məhkumlar barəsində həbs qətimkan tədbirinin seçilməsinin qanunsuzluğundan şikayət verildi. Avropa Məhkəməsi bu işlərdə Konvensiyanın 18-ci maddəsinin pozuntuusunu tanıdı. Məlumdur ki, Avropa Şurasının Nazirlər Komitəsi bu maddənin pozuntusu olan işləri xüsusi diqqətdə saxlayır və onun icrasını mümtəzəm olaraq müvafiq dövlətdən tələb edir. Alqışlanacaq haldır ki, bu dəfə Hökümət Avropa Şurası ilə uzun müddətli çəkişməyə girişmədən bu işə baxdı. Hesab edirəm ki, bu qərar ölkədə hüquq sistemində dəyişikliklərin dərinləşməsinə ümüd yaradır. Həmçinin ümüd edirəm ki, yaxın zamanlarda Konvensiyanın 18-ci maddəsinin, habelə 6-cı maddəsinin pozuntusu tanınmış (həm cinayət, həm də mülki işlərdə) digər qərarlara baxılaraq, belə ədalətli qərarlar qəbul olunacaqdır. Keçmiş məhkumları və onların vəkillərini bu qərar münasibətilə təbrik edirəm”.

Vəkil deyib ki,  bu işlərin mahiyyəti üzrə də şikayətlər verilmişdi. Təqribən 1,5 ay əvvəl kommunikasiya bitdi.Yəqin həmin işə artıq baxılmayacaq. Bu günki qərar bir qədər tez qəbul olunsa idi, kommunikasiya sənədlərinin hazırlanması, tərcüməsinə bu qədər zəhmət və maliyyə sərf etməyə ehtiyac olmazdı. Hər halda nəticə müsbətdir və bu əladır.

Günay

  • Gununsesi.info