Bakıda PARTLAYIŞ: ölən var

  • By admin
  • 19 Noyabr 2021 16:26

Noyabrın 19-da paytaxtın Sabunçu rayonu ərazisində Xasmət Xadıyevin təmir işləri görərkən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu Rayon Prokurorluğundan Gununsesi.info-ya bildirilib ki, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, rayonun Bakıxanov qəsəbəsi ünvanda yerləşən “Baku Elektronics” elektrik avadanlıqlar dükana məxsus binanın damında kondisioner mühərrikinin təmir işlərini görərkən qaz-kislorod balonunun partlaması nəticəsində hündürlükdən yerə yıxılaraq ölüb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Gununsesi.info