Ali Məhkəmədə cinayət işləri ilə bağlı şikayətlərin necə faizi dəyişdirilib?

  • Müəllif: admin
  • 26 Yanvar 2026 11:46

Ali Məhkəmə Plenumunun 2025-ci ilin yekunlarına həsr olunmuş iclası keçirilib.

Gununsesi.infonun xəbərinə görə, iclasda Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxış edib.

Onun sözlərinə görə, 2025-ci il ərzində Cinayət kollegiyasının icraatında olmuş 3556 işdən 75,3 faizinə mahiyyəti üzrə baxılıb:

“Baxılmış 2677 işdən 82,3 faizində iş üzrə qərar dəyişdirilmədən saxlanılıb, 5 faiz iş üzrə qərar ləğv edilib, 12,7% iş üzrə qərar isə dəyişdirilib”.

Günay

Gununsesi.info