Amerikalı aktrisa Kaliforniya yanğınlarında öldü

  • By Günel
  • 14 Yanvar 2025 22:26

“The Blues Brothers”, “Lady Sings the Blues” filmlərində rol alan amerikalı aktrisa Dalis Karri Los-Ancelesdə baş verən yanğında dünyasını dəyişib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, 95 yaşlı qadının meyiti Altadinadakı evində tapılıb.

Məlumata əsasən, yanvarın 7-də aktrisanın nəvəsi Kelli Karrini aktrisanın öz evinə aparıb. Bundan Kelli təcili yardım xidmətlərindən nənəsinin evində elektrik enerjisinin kəsildiyi barədə SMS mesajı alıb. O, yolda olarkən polis zəng edərək, Karrinin evinin tamamilə yandığını bildirib. Yanğın bütün əmlakı məhv edib.

Qeyd edək ki, aktrisa ötən çərşənbə axşamından itkin düşüb.

Bu gün, bir həftə sonra qadının qalıqları dağıdılmış evində tapılıb. Hadisəyə Los-Ancelesin bir çox ərazilərini bürümüş İton yanğınının yayılması səbəb olub.

Gununsesi.info