Anar Şuşada keçiriləcək qurultaydan danışdı

  • By admin
  • 07 İyun 2022 14:33

“Hələ ki, Azərbaycan Yazıçılar Birliyinin Şuşada keçiriləcək qurultayının dəqiq vaxtı müəyyənləşməyib”.

Bunu Publika.az-a açıqlamasında Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev deyib.

AYB sədri bildirib ki, bu barədə məlumat dəqiqləşdiriləndən sonra ictimaiyyətə məlumat veriləcək:

“Şuşada keçiriləcək qurultaya xaricdən də qonaqlar dəvət etməyi düşünürük. Hələ ki, onların sayı da dəqiqləşməyib. Çünki bizə qurultay keçirmək üçün nə qədər yerin veriləcəyi bəlli deyil”.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin sonuncu qurultayı 2014-cü ildə baş tutub. Nizamnaməyə görə, 13-cü qurultay 2019-cu ildə gerçəkləşməli idi.

Gununsesi.info