Apellyasiya Məhkəməsi Zabil Qəhrəmanovu həbsdə saxlayıb

Bu gün Apellyasiya Məhkəməsində həbsdə olan vəkil Zabil Qəhrəmanovun həbs müddətinin 2 ay artırılması barədə Səbail Rayon Məhkəməsinin qərarına verilən appeliyasiya şikayətinə baxılıb. 

Gununsesi.info-nun xəbərinə görə hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olunmayıb.

Prosesdə çıxış edən Zabil Qəhrəmanov özünü günahsız hesab etdiyini, həbsinin sifarişli olduğunu deyib.

 

Afət

Gununsesi.info